"'Aztelekom' internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir".
Bu baradə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi ilə bağlı açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, müasir şəbəkələrin quraşdırılması məqsədilə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə işlər aparılacaq.
"Texniki yenilənmə işləri ilə əlaqədar 11 oktyabr saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər", - deyə açıqlamada bildirilib.