27 Yanvar 2017
Mətni dəyiş
Yunanıstan Ali Məhkəməsi (Arios Pagos) 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdin ardından Yunanıstana qaçan 8 əsgərin Türkiyəyə ekstradisiya edilməmələri yönündə qərar verib.
Gülən təşkilatına üzv olduqları və 15 iyulda baş vermiş hərbi çevrilişə cəhd zamanı aktiv rol oynadıqları səbəbiylə Türkiyəyə qaytarmaları istənilən əsgərlər, yunan polisinin nəzarətində qolları bağlı vəziyyətdə məhkəməyə gətirilib.
"Aljazeera" xəbər verir ki, Ali məhkəmənin hakimləri əsgərləri qruplar halında salona çağıraraq haqlarındakı qərarları üzlərinə oxuyub.
Məhkəmə çevrilişə cəhdin ardından Türkiyə Silahlı Qüvvələrinə məxsus vertolyotla Yunanıstana qaçan əsgərlər üçün Türkiyənin ekstradisiya tələbinin rədd edildiyini açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi hökm oxunduqdan sonra, yazılı açıqlama edərək, qonşu dövlətin verdiyi qərara etiraz edib.