Türkiyədə gecə klubuna hücum: Silahlının axtarışı sürətlənib

Türkiyədə gecə klubuna hücum: Silahlının axtarışı sürətlənib
3 Yanvar 2017
Mətni dəyiş
Türkiyə polisi İstanbulda gecə klubunda 39 nəfəri öldürən silahlını axtararkən keçirdiyi reydlər nəticəsində 12 nəfəri həbs edib.
Baş nazirin müavini Numan Kurtulmuş bildirib ki, silahlının barmaq izləri və əsas təsviri tapılıb və indi şübhəlinin axtarışı sürətlənib.
Bazar günü silahlı Reina gecə klubuna hücum etdiyi zaman orada 600 nəfər var idi.
Özünü İslam Dövləti adlandıran qrup bu hücumun arxasında olduğunu bildirib.
Cənab Kurtulmuş jurnalistlərə bildirib: "Terrorçunun barmaq izləri və görünüşü barədə məlumatlar aşkarlanıb.
"Növbəti addım onun kimliyini ən tez zamanda müəyyən etmək olacaq. Ümid edirik ki, biz təkcə terrorçunu deyil, həm də onun əlaqələrini və ona klubun daxilində və xaricində dəstək verənləri tapacağıq," deyə o bildirib.
Türkiyə polisi hücumda şübhəli şəxsin fotolarını paylaşıb
Cənab Kurtulmuş səkkiz nəfərin həbs edildiyini təsdiq edib. Axşamüstü isə xüsusi təyinatlı polis vertolyot dəstəyi ilə Zeytinburnu rayonundakı evdə əməliyyat keçirib.
Şübhəli bu ünvanda tapılmayıb. Bundan sonra daha dörd nəfər həbs edilib.
Türkiyə polisi şübhəlinin yeni fotolarını paylaşsa da, fotoların çəkilmə yeri və zamanı barədə əlavə məlumat verməyib.
Türkiyə mediası həmçinin şübhəlinin görüntüləndiyi ehtimal edilən bir video paylaşıb - burada bir rəsminin həmin şəxsin sənədlərini yoxladığı görünür. Videonu müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Türkiyə mətbuatı polis mənbələrinə əsasən şübhəlinin Özbəkistan və ya Qırğızıstandan olduğunu yazıb.
[caption id="attachment_19649" align="alignnone" width="624"] Yüzlərlə insan İstanbulda türkiyəli qurban Yunus Görmek-in dəfninə toplaşıb[/caption] [caption id="attachment_19650" align="alignnone" width="624"] Berlində Brandenburg Darvazası Türkiyə bayrağının rənglərinə boyanıb[/caption]
Qurbanlar kimlərdir?
  • Türkiyə: 11
  • Səudiyyə Ərəbistanı: 7
  • İraq: 3
  • Livan: 3
  • İordaniya, Hindistan, Mərakeş - hər birindən iki nəfər
  • Almaniya, Suriya, İsrail, Fransa-Tunis, Tunis, Belçika, Küveyt, Kanada və Rusiya-Azərbaycan - hər birindən bir nəfər.
Bir nəfərin isə kimliyi hələ müəyyənləşdirilməyib. Yerli media yazır ki, qurbanların üçdə ikisi xarici olub. Hadisə zamanı yaralanan 69 nəfər isə xəstəxanada müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun