Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri birinci oxunuşda qəbul edib

Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri birinci oxunuşda qəbul edib
10 Yanvar 2017
Mətni dəyiş
Ölkə konstitusiyasına dəyişikliklər Türkiyə Böyük Millət Məclisinin (parlament) iclasında birinci oxunuşda qəbul edilib.
Bu barədə Trend Türkiyə parlamentinə istinadən məlumat verir.
Prosedura uyğun olaraq, dəyişikliklərin ratifikasiyası üçün ikinci səsvermə keçirilməlidir.
İlk səsvermədə 550 deputatdan 480-i iştirak edib. Onlardan 338-i lehinə, 134-ü isə əleyhinə səs verib, 8 deputat bitərəf qalıb.
Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, referendum cari ilin aprelində keçirilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun