Trump Rusiyanın seçkilərə müdaxiləsinə dair yeni iddiaları rədd edir

Trump Rusiyanın seçkilərə müdaxiləsinə dair yeni iddiaları rədd edir
11 Yanvar 2017
Mətni dəyiş
Donald Trump Rusiya xüsusi xidmət orqanlarının onunla bağlı şəxsi məlumat əldə etməsi barədə iddiaları "siyasi əcinnə ovu" kimi tənqid edib.
Rəsmi təsdiqlənməmiş iddialarda deyilir ki, Rusiya onun haqqında xoşagəlməz məlumatlar əldə edib.
O hansısa xəbəri nişan vermədən Twitterdə yazıb: "SAXTA XƏBƏR - TAM SİYASİ ƏCİNNƏ OVU!"
Cənab Trump çərşənbə günü mətbuat konfransı keçirməlidir. Bu, onun prezident səlahiyyətlərinə başlamağından doqquz gün əvvəl baş verir.
Mətbuat konfransı onun biznes öhdəliklərdən imtinası barədə olmalıdır.
Lakin indi yeni seçilmiş Respublikaçı prezident üçün heç də yaxşı zaman deyil.
Şəxsi xarakterli iddialardan əlavə media Trump prezident kampaniyası və Moskva arasında gizli danışıqları barədə yazır.
Məlumata görə, ABŞ xüsusi xidmət orqanları həmin məlumatları Ağ Evdə prezident Barack Obama və yeni seçilmiş prezidentə təqdim edib.
Deyilənə görə, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamları ilə bağlı daha geniş hesabat mövcuddur.
Amma ABŞ kəşfiyyat icması bu əsassız iddiaları dəstəkləmək üçün açıq şəkildə heç bir şey deməyib.
Son həftələrdə Cənab Trump, prezident kampaniyası zamanı Rusiyanın Demokratik partiyasının emaillərinə müdaxiləsinin arxasında olması barədə iddialarla razılaşmaq üçün təzyiq altında idi.
İddia olunur ki, Kremldən seçkilərin nəticələrini cənab Trump-ın xeyrinə və Demokratların namizədi rəqibi Hillary Clinton-un əleyhinə dəyişmək üçün əmr verilib.
Lakin hələlik o, birmənalı şəkildə xüsusi xidmət orqanlarının rəyi ilə razılaşmayıb.
Bundan başqa, o Rusiya ilə yaxşı münasibətlərə qarşı olanları "axmaq" adlandırır.
Rusiya haker hücumlarında əli olmadığını bildirib və ABŞ-ı əcinnə ovu keçirməkdə ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun