Trump müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq

Trump müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq
25 Yanvar 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump'ın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.
Məlumata görə, Trump'ın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.
Ekspertlərin məlumatına görə, fərmanlarda İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun