Trump kürəkəninə baş müşavir vəzifəsini təklif edib

Trump kürəkəninə baş müşavir vəzifəsini təklif edib
10 Yanvar 2017
Mətni dəyiş
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump öz kürəkəni Jared Kushner-ə Ağ Evdə baş müşavirlərindən birinin vəzifəsini tutmağı təklif edib.
35 yaşlı Kushner Trump-un seçki kampaniyasında fəal iştirak edib. O, Ağ Evdəki yeni postunda həm daxili, həm də xarici siyasət məsələləri ilə məşğul olacaq.
İvanka Trump-la evil olan cənab Kushner geniş biznes maraqları olan əmlak üzrə mütəxəssisdir.
Demokratlar qohumbazlıq qanunlarını və potensial münaqişələri əsas gətirərək dərhal müqavilənin yenidən nəzərdən keçirilməsinə çağırış ediblər.
Hakimlər Komitəsinin üzvləri Ədliyyə Departamenti və Hökumət Etika Ofisini məsələyə müdaxilə etməyə çağırıb.
Bundan öncə cənab Trump kürəkəni barədə deyib ki, administrasiyada "əsas aparıcı rolu" ona verməklə fəxr edir.
Nyu-yorklu iş adamı yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi and içəcək.
Cənab Trump-ın komandasının üzvləri iddia edirlər ki, rəsmilərin qohumlarına hökumətdə iş yerləri verməsinə olan qadağa ilə bağlı qanun Ağ Evin mövqeyinə aid deyil.
Federal etika qanunlarına görə, dövlət qulluqçuları hər hansı müəssisədən xeyir götürə bilməz.
Cənab Kushner-in vəkili bildirib ki, əgər Kushner Ağ Evdə işə götürülsə, ailəsinin daşınmaz əmlak biznesinin sahibi kimi istefaya gedəcək.
Jared Kushner Trump Tower-dən bir neçə məhəllə məsafədə olan 666 Fifth Avenue adlanan göydələnə malikdir. O, 25 yaşında New York Observer qəzetini alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun