Trump: “ABŞ Suriyadan olan xristian qaçqınları qəbul edəcək”

Trump: “ABŞ Suriyadan olan xristian qaçqınları qəbul edəcək”
28 Yanvar 2017
Mətni dəyiş
ABŞ Suriyadan olan xristian qaçqınları qəbul etməyə hazırdır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trump CBN telekanalına verdiyi müsahibədə bildirib.
“Bundan əvvəl xristianlardan fərqli olaraq Suriyadan gələn müsəlman qaçqınlar rahatlıqla ABŞ buraxılırdı. Suriyada terrorçular tərəfindən ən çox zorakılığa məruz qalan isə məhz xristianlardır. ABŞ Suriyadan olan qaçqınların qəbulunda daha çox xristianlara üstünlük verəcək”, deyə D.Trump bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-a  getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) viza verilməsinin müvəqqəti olaraq dayandırılacağı bildirilirdi.
D.Trump seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun