Tbilisinin mərkəzində güclü yanğın baş verib

Tbilisinin mərkəzində güclü yanğın baş verib
30 Yanvar 2017
Mətni dəyiş
Gürcüstanın paytaxtı Tbilisi qara tüstüyə bürünüb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, səhərə yaxın Tbilisinin mərkəzi “Dinamo” stadionunun yaxınlığındakı “Uşaq aləmi” mağazalar şəbəkəsində yanğın baş verib. Alov ikimərtəbəli ticarət mərkəzindən yaxınlıqdakı “Qızıl dünyası” mağazalar şəbəkəsinə keçib.
Yanğının söndürülməsinə şəhərin bütün hissələrindən 30 briqada cəlb olunub. Alovun söndürülməsi zamanı bir nəfər yanğınsöndürən xəsarət alıb. Hadisə nəticəsində 1000-ə yaxın insanın mağazası və satış şəbəkəsi yanıb.
Tbilisi şəhərinin meri, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri hadisə yerindədirlər.
Faktla bağlı cinayət işi başlanılıb.
Alovun yaxınlıqdakı yaşayış binalarına və başqa binalara keçməsinin qarşısı alınsa da alov hələ tam söndürülməyib. Dəmir yolu vağzalı da tüstü içərisindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun