Tələbələrin hədələnməsi ilə bağlı Təhsil Nazirliyi: "Biz məsələni şərh etmirik"
23 Yanvar 2017
Mətni dəyiş
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələri təhdid etməsi ilə bağlı səs yazısına özündən, fakültə dekanından və Təhsil Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.
Abzas.net xəbər verir ki, Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədlinin telefonların nə qədər zəng edilsə də, cavab almaq mümkün olmayıb. Həmçinin hadisədə adı keçən dekan müavini Aytəkin Zeynalova da telefonlara cavab vermir.
Təhsil Nazirliyinn mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə məsələ münasibət bildirməkdən yayınıb. Nazirlik rəsmidi bildirdi ki, məsələ ilə bağlı universitetlə əlaqə saxlayın: "Biz məsələni şərh etmirik".
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə tələbələrin təhdid olunması ilə bağlı bakipost.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı artıq araşdırma başladılıb. Bildirib ki, araşdırma bitdikdən sonra mətbuata geniş açıqlama veriləcək.
Xatırlatma
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək onları cəzalandıracaqları ilə bağlı xəbərdarlıq edib. Bildirib ki, kimsə sosial şəbəkələrdə fakultə, dekan, dekan müavinləri ilə bağlı bir cümlə yazsa, onlarla bağlı ciddi ölçü götürüləcək.