Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib

Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib
25 Yanvar 2017
Mətni dəyiş
Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib. O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran sadəcə olaraq öz adlarından sənəd yayacaqlar. O, eyni zamanda qeyd edib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır: "Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə çox diqqət ayırırıq”.
TASS Suriya hökumətinin də kommunikeni imzalamayacağını bildirib.
Qeyd edək ki, Astnada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran və BMT nümayəndələri, həmçinin Suriya müxalifətinin və hökumətinin nümayəndələri iştirak edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun