Sahib Babayev: "Hər gün mətbuatı izləyirəm ki, bəlkə prezidentimiz pensiyaları artırdı"

Sahib Babayev: "Hər gün mətbuatı izləyirəm ki, bəlkə prezidentimiz pensiyaları artırdı"
28 Yanvar 2017
Mətni dəyiş
Sahib Babayev Neftçala rayonunda doğulub. İki uşaq atası olan Sahib Babayev heç bir yerdə işləmir.
Onun sözlərinə görə, əvvəllər Azərkörpüdə işləsə də, 2 il öncə ixtisara düşüb. O gündən bu günə heç yerdə iş tapa bilmir. Dediyinə görə, iş üçün hara müraciət etsə də, yaşının çox olması səbəbindən, heç bir işə qəbul ola bilmir.
Sahib bəy 3-cü qrup gözdən əlil olduğu üçün 120 azn penisiya aldığını söyləyir. Onun sözlərinə görə bu məbləğ heç onun dərmanlarına çatmır.
"Manatın son devalvasiyasından sonra dərmanlar bahalaşdı, vəziyyətim daha da çətinləşdi" - deyə o bildirir.
S.Babayev deyir ki, hər gün televiziyanı izləyirəm ki, bəlkə prezidentimiz sərəncam imzaladı, penisiyalar yenidən artırıldı.
[embed]https://www.youtube.com/watch?v=TJ00ZLZQz_E&feature=youtu.be[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun