Səs yazısına görə "Jurnalistika"nın tələbələri cəzalandırılır?

Səs yazısına görə "Jurnalistika"nın tələbələri cəzalandırılır?
25 Yanvar 2017
Mətni dəyiş
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində maraq dolu imtahan sessiyası davam edir.
Abzas.net-in məlumatına görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son günlər yaşanan proseslərə bir yenisi daha əlavə olunub.
Belə ki, fakültənin II kurs tələbələri 23 yanvar tarixində politologiya fənnindən imtahan veriblər. Keçid üçün lazımi balı toplayan və semestr ərzində yaxşı nəticə göstərən JK - 033 tələbələrinin 13-ü imtahan nəticəsinə görə kəsilib.
Tələbələr iddia edirlər ki, dekan müavinin səs yazısından sonra onları bu yolla cəzalandırırlar.
Bildirlir ki, tələbələrin 50 %-i, yəni 14 nəfəri kəsilsə, imtahan təkrarlanacaqdı. Ancaq kəsilən tələbə sayı 13 olduğu üçün bunun nə dərəcədə mümkün olub-olmayacağı bilinmir.
Tələbələrin verdiyi məlumata görə, imatahan yoxlanışı 2 dəfə təkrarlanıb, birinci yoxlanışda 4, ikinci yoxlanışda isə 13 nəfər kəsilib. Hətta fakültə dekanı da təkrar yoxlanışı keçirən müəllimin təcrübəsiz olduğunu bildirib.
Məlumata görə, ilk yoxlanışda daha az tələbənin kəsilməsi ikinci yoxlanışa səbəb olub və təcrübəsiz müəllim bunun üçün göndərilib.
Qeyd edək ki, bu toplu kəsr hadisəsi Jurnalistika dekan müavini Aytəkin Zeynalovanın tələbələri hədələdiyinə dair səs yazısı ortaya çıxdıqdan sonra baş verib. Səs yazısının yayılmasından sonra digər dekan müavini Könül Niftəliyeva isə tələbələrə deyib ki, Aytəkin Zeynalovanın səs yazısından, sosial şəbəkələrdə fakültə barədə narazılıqlardan sonra onları qanuni yollarla cəzalandıracaqlar.
Ancaq imtahana kifayət qədər yüksək ballarla daxil olan tələbələrin kəsilməsi və hadisələrin eyni gün cərəyan etməsi şübhələri daha da artırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun