Rusiyadan Suriya ilə bağlı növbəti qərar

Rusiyadan Suriya ilə bağlı növbəti qərar
6 Yanvar 2017
Mətni dəyiş
Rusiya Silahlı Qüvvələrinin rəhbəri Valeriy Gerasimov, prezident Vladimir Putinin qərarı ilə Suriyadakı hərbi qüvvələrini azaltmağa başladıqlarını açıqlayıb.
Gerasimov bu çərçivədə ilk olaraq Admiral Kuznetsov təyyarə gəmisi və onu müşayiət edən döyüş gəmilərinin bölgədən ayrılacağını ifadə edib.
"Aljazeera" xəbər verir ki, Rusiyanın Suriyadakı qüvvələrinin komandiri Andrey Kartapolov, Admiral Kuznetsov gəmisinin Suriya sahillərində olduğu 2 ay müddətində, 1252 hədəfə 420 uçuş reallaşdırıldığını vurğulayıb.
Xatırladaq ki, Rusiya Dövlət Başçısı Putin Suriyada 30 dekabrda Türkiyə və Rusiyanın rəhbərliyində başlayan atəşkəsin ardından Suriyadakı rus hərbi varlığının azaldılmasını istəmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun