9 Yanvar 2017
Mətni dəyiş
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 78 nəfərə çatıb.
TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.
“Bayram günləri ərzində xəstəxanalarda metil spirtindən zəhərlənmədən 2 nəfər ölüb. Üç nəfərin müalicəsi davam etdirilir”, məlumatda bildirilir.
Dekabrın 30-da ümumilikdə konsentratdan 123 nəfər zəhərləndiyi, 76 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 20 nəfər saxlanılıb.