10 Yanvar 2017
Mətni dəyiş
Rus xəbər agentliyi "İnterfaks"-a müsahibə verən Rusiya Enerji Nazirliyinin rəsmisi ölkədəki neft şirkətlərinin hasilatı azaltmağa başladıqlarını söyləyib.
Şirkətlərin OPEC razılaşması sonrasında hasilata könüllülük əsasına görə azaltdıqlarını qeyd edən səlahiyyətli, "Azaldılan gündəlik neft hasilatının miqdarı, daha əvvəl edilən təxminlərin üzərində reallaşır", - deyə bildirib.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da OPEC razılaşması çərçivəsində Rusiyanın bütün öhdəliklərini yerinə yetirdiyini ifadə edib.
"Milliyet" xəbər verir ki, Rusiyanın OPEC razılaşmasına görə, bu ilin ilk rübündə neft istehsalını gündəlik 300 min barel səviyyəsində azaltması lazımdır.