31 Yanvar 2017
Mətni dəyiş
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin ilkin məlumatına görə, ölkədə ümumi daxili məhsul (ÜDM), dekabrda əvvəlki aya nisbətən 0,5 faiz, 2016-da isə gözləntilər əsasında 0,6 faiz azalma qeyd edib.
“Marja” xəbər verir ki, Rusiyanın sənaye sektoru dekabrda əvvəlki aya nisbətən 0,4 faiz artarkən, pərakəndə əmtəə dövriyyəsi isə həmin dövrdə 1 faiz azalıb.
Ölkədə kənd təsərrüfatı və tikinti sektorları da yenə dekabrda əvvəlki aya nisbətən müvafiq olaraq 0,2 faiz və 0,4 nisbətlərində geriləyib.
Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rus iqtisadiyyatının bu il 1,5 faiz ilə 2 arasında artacağını təxmin etdiklərini söyləmişdi.