Qambiyanın sabiq prezidenti ölkəni tərk edib

Qambiyanın sabiq prezidenti ölkəni tərk edib
22 Yanvar 2017
Mətni dəyiş
Qambiyanın 1 dekabr 2016-cı il tarixində seçkiləri uduzan sabiq prezidenti Yahya Jammeh  yanvarın 21-də şəxsi təyyarə ilə ölkəni tərk edib.
22 ildən çox hakimiyyətdə qalan Jamme Banjul şəhərinin hava limanına Qvineya prezidenti Alpha Condé ilə gəlib. Daha sonra onlar bir yerdə təyyarəyə miniblər. Agentliyin məlumatına görə, Jammeh bir müddət Qvineyanın paytaxtı Konakridə olacaq.
Jammeh 1994-cü ildən hakimiyyətdə idi və postunu beynəlxalq ictimaiyyətin təzyiqi altında tərk edib. Yerini yeni seçilmiş prezident Adama Barrow-ya təhvil verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun