Papa Francis populizmdən danışıb Hitleri misal çəkib

Papa Francis populizmdən danışıb Hitleri misal çəkib
23 Yanvar 2017
Mətni dəyiş
Papa Francis populizmin yüksəlişi və siyasi qalmaqallar nəticəsində Hitler kimi diktatorların hakimiyyətə gəlməsinin yaratdığı təhlükələr barədə xəbərdarlıq verib.
O bu sözləri İspaniyanın El Pais qəzeti ilə müsahibəsində, Donald Trump-ın inaqurasiyası zamanı deyib.
Papa əcnəbiləri bayırda saxlamaq üçün tikanli məftil və divarlardan istifadə edənləri tənqid edib.
Lakin o "görək Trump nə edəcək" deyərək hələ ABŞ-ın yeni liderini qiymətləndirmək üçün çox erkən olduğunu vurğulayıb.
Cənab Trump-ın meksikalı mühacirlər barədə şərhləri və onların ABŞ-a gəlmələrinə mane olmaq üçün planlaşdırdığı yeni sərhəd divarı mübahisələrə səbəb olub.
Avropa və ABŞ-da populizmin yüksəlişi barədə narahat olub-olmaması barədə suala Papa deyib ki:
"Böhranlar qorxu və həyəcan yaradır. Mən düşünürəm ki, Avropa populizminin ən bariz nümunəsi 1933-cü ilin Almaniyasıdır."
"Almaniya sındırılıb, ona ayağa qalxıb öz kimliyini tapmaq, mənliyini bərpa edəcək lider lazımdır, və Adolf Hitler adlı bir gənc kişi deyir ki, bunu "Mən edə bilərəm".
"Və almanların hamısı Hitlerə səs verdi. Hitler hakimiyyəti oğurlamadı, onun xalqı ona səs verdi və sonra da o xalqını məhv etdi."
Cənab Trump barədə Papa "gözləyib izləyəcəyini" deyib.
"Mən insanları tələm-tələs erkən qiymətləndirməyi sevmirəm. Biz baxıb onun necə hərəkət və nə edəcəyini izləyəcəyik və bundan sonra mənim rəyim olacaq", o əlavə edib.
ABŞ prezident seçki kampaniyası zamanı Papa cənab Trump-ın Meksika ilə sərhəd divari tikmək planına görə onun Xristianlığa inamını sual altında qoyduqdan sonra iki şəxs arasında mübahisə yaratmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun