30 Yanvar 2017
Mətni dəyiş
"İŞİD qruplaşmasını Barak Obama yaradıb".
APA-nın “ng.ru” istinadən verdiyi xəbərə görə, bu bəyanatla İraqın sabiq baş naziri, hazırda ölkənin vitse-prezidenti olan Nuri əl-Maliki çıxış edib.
ABŞ-ın 44-cü prezidenti Barak Obamanın Yaxın Şərq siyasətini sərt tənqid edən Nouri Al-Malikinin qənaətinə görə, İŞİD özbaşına yaranmayıb.
“İŞİD eynilə ABŞ tərəfindən SSRİ ilə mübarizə aparmaq üçün yaradılan Taliban qruplaşması kimi meydana çıxıb. İŞİD Obama tərəfindən yaradılmışdı ki, mənim İraqda başçılıq etdiyim hökuməti devirsin. Tramp artıq bu barədə danışıb”, - deyə o vurğulayıb.