10 Yanvar 2017
Mətni dəyiş
London birjasında neftin mart fyuçerslərinin qiymətlərində azalma müşahidə olunub.
Londonun ICE birjasında Brent markalı neftin mart fyuçersləri 2,33% faiz ucuzlaşaraq, bareli 55,77 dollara, Amerikanın WTI neft markası 2,41% faiz azalaraq bareli 52,68 dollara satılıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti isə 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib.
Reutersin məlumatına görə, neftin qiymətinin düşməsinin əsas səbəbinin İranın xam neft hasilatını, ABŞ-ın isə qazma qurğularının sayını artırması hesab olunur. Yanvarın əvvəlində OPEC ölkələrinin qərarının qüvvəyə minməsindən sonra neftin qiyməti hər barel üçün 58 dollara yaxın bir qiymətə satılırdı.