2 Yanvar 2017
Mətni dəyiş
"İş yoxdur. 10 ildir Bakıda kirayə yaşayıram. Yay sezonunda biraz iş olurdu, demək olar ki, son 3 aydır işləmirəm. İş olur, 3-5 gün orda-burda. Bununla da ailə dolandırmaq olmur. Vəziyyət də günü-gündən çətinləşir"
Bu sözləri iki övlad atası olan Nazim Hüseynov deyir. Onun sözlərinə görə, iş üçün hara müraciət etsə də, onu işlə təmin edə bilməyiblər. Çətin vəziyyətdə yaşayan Nazim 10 ildir kirayədə yaşadığı evin artıq 3 aydır ki, kirayə pulun ödəyə bilmir.
"Əvvəllər biz balca paketdə satılan quru çayı alırdıqsa 0.60 azna, bu gün artq qiyməti qalxıb 1.60 azn olub. Yaşamaq çox çətinləşib" - deyə N.Hüseynov bildirib.
"Məcburiyyətdən ailəmi göndərmişəm rayona - ata evinə, 1 aydır ordadılar. Yəni, dolanışığımız, vəziyyətimiz çətinləşdi, göndərdim ora. Nə edim?!"
Nazim Hüseynovun sözlərinə görə, iş üçün bir çox yerə müraciət etsə də, ona iş verən olmayıb:
"Müraciət etmişəm tikinti yerlərinə, deyiblər ki, işçiyə ehtiyac yoxdur, öz işçilərimizi təmin edə bilmirik. İş də yoxdur heç, demək olar ki, o vəziyyətdədir. Yəni belə, iş axtardm tapmadım, məcburiyyətdən də, ailəmi göndərdim ata evinə"
N.Hüseynov özü iş tapmaqda çətinlik çəkdiyi üçün, çıxış yolunu dövlət qurumlarına müraciət etməkdə görür:
"Mən dövlət qurumlarına buradan müraciət edirəm, məni bir işlə təmin etsinlər. Qara suvağ vurmağı, boya, kafel-metlaq işlərini bacarıram. Mənim üçün bir iş yeri tapsınlar, mən də işləyim, ailəmə çörək gətirə bilim, körpəmi sevindirə bilim. Heç olmasa, onun əynini-başını çatdıra bilim. Artıq mən utanıram. Mən də qapıdan içəri girəndə heç olmasa, o uşağın arzuları, istəkləri ki var, onları həyata keçirə bilim.
Vətəndaş deyir ki, uşaq adi çöp, şokalad istəyir, ala bilmir. O da istəyir ki, onun uşağı başqa uşaqlardan geri qalmasın.
[embed]https://www.youtube.com/watch?v=a5147oiqURw[/embed]