Meksikanın Verakrus ştatında 500-dən çox insan soyğunçuluğa görə həbs edilib

Meksikanın Verakrus ştatında 500-dən çox insan soyğunçuluğa görə həbs edilib
8 Yanvar 2017
Mətni dəyiş
Meksikanın Verakrus ştatında 500-dən çox insan yanvarın 5-də mağazalardakı soyğunçuluqlarda iştiraka görə həbs edilib.
"TASS"a istinadən verilən məlumata görə, regionun Baş Prokurorluğunun bəyanatında qeyd edilir ki, belə ehtiyat tədbiri qanun pozuntularının ağırlığıyla əlaqədar seçilib. Saxlanılanlar kütləvi soyğunçuluqlarda şübhəli bilinirlər.
Yanvarın 1-dən benzinə qiymətlərin qalxmasına qarşı etirazların gedişatında qarışıqlıqlar dalğası Verakrus da daxil olmaqla, Meksikanın digər regionlarını bürüyüb. Prokurorluğun fikrincə, həbs edilənlərin terrora, soyğunçuluğa, habelə digər qanun pozuntularına cəlb edilmələri mümkündür.
Qeyd edilir ki, ştatda qüvvədə olan cinayət məcəlləsinə əsasən ittiham edilənlər 30 il azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun