Mehman Hüseynov: "Susdura bilmədilər, daha da möhkəm olmuşam!"

Mehman Hüseynov: "Susdura bilmədilər, daha da möhkəm olmuşam!"
11 Yanvar 2017
Mətni dəyiş
Mehman Hüseynov məhkəmədən sərbəst buraxılandan sonra bir neçə saat sosial şəbəkədə heç bir açıqlama yaymadıqdan sonra, axşam saatlarında fikirlərini açıqlayıb.
O, bildirib ki, azadlıqdadır, təslim olmayıb: "Susdura bilmədilər! Daha da möhkəm olmuşam! Heç bir təzyiq, heç bir həbs, heç bir cərimə məni haqq və getdiyim yoldan döndərə bilməz! Mən düz yoldayam, heç bir qeyri-qanuni işlə məşğul deyiləm, xalqın pullarını büdcədən oğurlamıram, xalqın pulları ilə özümə saraylar, bahalı maşınlar almıram!"
Buna da baxın: Mehman Hüseynov sərbəst buraxıldı – 200 manat cərimə
Hüseynov yazıb ki, başına gələnlərlə bağlı ətraflı fikirlərini bölüşəcək: "Bir daha deyirəm, əgər yuxardakılar hesab edirsə ölkədə baş verən məmur özbaşnalıqları, qanunsuzluqları, saxtakarlıqları çəkib göstərmək cinayətdirsə, bəli, boynuma alıram, bu ölkənin ən böyük cinayətkarı mənəm!"
Buna da baxın: Mehman Hüseynov oğurlanıb?
Bloqqer həmçinin, ona dəstək olanlara təşəkkürünü bildirib: "Bütün dəstək olan dostlara isə bir bir təşəkkürümü bildirirəm! Yaxşı ki varsız! Bağrıma basıram!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun