Korrupsiyaya görə qovulan hakim işləməyə davam edir
25 Yanvar 2017
Mətni dəyiş
Ədliyyə naziri Fikrət Məmmədovun da iştirak etdiyi Məhkəmə Hüquq Şurasının iclasında vəzifəsindən kənarlaşdırılan hakim qısa bir müddət sonra yenidən işlərə çıxmağa başlayıb.
Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev korrupsiyaya şərait yaradan hallara yol verdiyi üçün 17 oktyabr 2016-cı ildə Məhkəmə Hüquq Şurasının iclasında tutduğu vəzifədən kənarlaşdırılıb.
Abzas.net-ə daxil olan məlumata görə, hakim Akşin Əfəndiyev hal-hazırda vəzifəsini davam etdirir.
Yasamal Rayon Məhkəməsi də hakim Akşin Əfəndiyevin hazırda Yasamal rayon məhkəməsində fəaliyyət göstərdiyini təsdiqləyib.
Hakim Akşin Əfəndiyevin Yanvar ayına olan cədvəli:
Məhkəmə Hüquq Şurasından münasibət öyrənməyə çalışaq da, Şuradan onların məsələyə münasibət bildirmək səlahiyyətlərinin olmadığını bildirdilər.
Qeyd edək ki, hakim Akşin Əfəndiyev həmçinin Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işinə baxan hakimdir.
Akşin Əfəndiyev kimdir?
Hakim Akşin Əfəndiyev 1980-ci ildə doğulub. 2002-ci dilə Dağıstan Dövlət Universiteti. Hüquq fakültəsini bitirib. 2002-2007 Qobustan Rayon Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2013 Bakı Apellyasiya Məhkəməsi Təşkilat şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, 2013 - h/h Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır.