29 Yanvar 2017
Mətni dəyiş
Kanadanın baş naziri Justin Trudeau ölkəsinin dinindən asılı olmayaraq bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Məlumata görə, Kanadanın baş naziri bütün qaçqınları qarşılayacağını deyib.
"Kim ki, müharibə, terror və təqiblərdən xilas olunur, kanadalılar onları salamlayacaq. Bizim gücümüz müxtəliflikdədir", - deyə o, "Twitter"də yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump əhalisi müsəlman olan yeddi ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması haqqında fərman imzalayıb.