Istanbulda gecə klubuna hücumda ən az 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb.
Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
Basqın yeni il gecəsi, yerli vaxtla gecə saat 1:30-da Ortaköydəki Reina gecə klubunda baş verib. Cani əvvəlcə biri polis, digəri isə mülki şəxs olan iki nəfəri güllələyib. Daha sonra kütləyə atəş açıb. Bu zaman içəridə 600-ə yaxın insan olub. CNN telekanalı hücum edən şəxsin Santa Klaus kostyumunda olduğunu xəbər verib.
Qurbanlardan 16-sının xarici ölkə vətəndaşı, yaralılardan birinin isə Azərbaycan vətəndaşı olduğu aydınlaşdırılıb.