9 Yanvar 2017
Mətni dəyiş
İsrail polisi dünən baş verən hadisə ilə bağlı açıqlama verərək, Fələstində İŞİD-in hansısa qolunun olmadığını ifadə edib.
Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, İsrail polis sözçüsü Mickey Rosenfeld CNN televiziyasına verdiyi açıqlamada, "İsraildə İŞİD-in fəaliyyət göstərən qolunun olmasına ehtimal yoxdur", - deyə bildirib.
Rosenfeld İsrail polisinin 8 yanvar tarixində baş verən hadisəni araşdırdığını, hadisədə üçü qadın, biri kişi olmaqla dörd əsgərin öldüyünü, hdisəni törədən şəxsin şəxsiyyətini bildiklərini, Cebel El-Mukebbir sakinlərindən 28 yaşında bir gənc olduğunu, hər hansı bir təşkilatla əlaqəsinin olub-olmadığını araşdırdıqlarını söyləyib.
"TimeTurk" xəbər verir ki, fələstinli gəncin olayı tək başına reallaşdırdığını ifadə edən Rosenfeld, təhlükəsizlik kameralarının görüntülərində də göründüyü kimi 28 yaşlı gəncin istifadə etdiyi maşını əsgərlərin üzərinə sürdüyünü və daha çox əsgər öldürmək üçün geri döndüyünü qeyd edib.
Netanyahunun hadisəni həyata keçirənlərin İŞİD üzvü olduğuna dair iddiasına da toxunan sözçü bildirib ki, İsraildə fəaliyyət göstərən İŞİD üzvləri və ya onlara bağlı təşkilat yoxdur.