İsrail baş naziri sorğu-sual ediləcək

İsrail baş naziri sorğu-sual ediləcək
2 Yanvar 2017
Mətni dəyiş
İsrailin baş naziri Binyamin Netanyahu yaxın üç gün ərzində korrupsiya şübhəsinə görə sorğu-sual ediləcək. 
Bu barədə Haatz məlumat verir.
Nəşrin bildirdiyinə görə, İsrail hökumətinin rəhbəri və onun ailə üzvləri iş adamlarından yüz min şekel dəyərində (26 min dollardan daha çox) hədiyyə almaqda şübhəli bilinir.
Sorğu-sualın bu gün, yanvarın 2-sində baş nazirin iqamətgahında olacağı bildirilir.
Polisin İsrail ilə bərabər başqa ölkələrdən də şahid ifadələri var. Xüsusi olaraq, Ron Lauder (amerikan-israilli iş adamı) Netanyahuya müxtəlif hədiyyələr verdiyini, oğlu Yairanın xaricə səfərlərini maliyyələşdirdiyini təstiqləyib. Polis isə hədiyyələrin dəyərinin Lauderin söylədiyindən daha çox olduğunu hesab edir.
Baş nazir isə ünvanına olan bütün ittihamları rədd edir: "Bundan əvvəlki bütün "işlərin" nəticədə əsassız olduğu məlum olub. Bu şübhələr də əsassız olacaqdır. Onlar heç nəyə gətirməyəcəkdir".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun