İraqlı jurnalistdən Binali Yıldırıma sual: "Torpaqlarımızdan nə zaman geri çəkilirsiz?" - [Video]

İraqlı jurnalistdən Binali Yıldırıma sual: "Torpaqlarımızdan nə zaman geri çəkilirsiz?" - [Video]
8 Yanvar 2017
Mətni dəyiş
Türkiyə baş naziri Binali Yıldırımın həmkarı Heydər əl-İbadi ilə təşkil etdiyi mətbuat konfransı zamanı iraqlı jurnalistin verdiyi sual maraqla qarşılanıb.
İraqda rəsmi səfərdə olan baş nazir Binali Yıldırım bu gün həmkarı Heydər əl-İbadi ilə görüşüb. Tərəflər daha sonra mətbuat konfransı təşkil edib.
Mətbuat konfransında adının Həsən Abbuh olduğunu söyləyən və "İraqiyyə Türkmaniyə" kanalından olduğunu ifadə edən iraqlı türkmən müxbir türkcə danışaraq, Yıldırıma maraqlı sualı yönəldib:
"Türkiyə Respublikasının baş naziri İraqa xoş gəlmisiz. Hörmətli baş nazir, siz bilirsiz ki, sizin İraqa daxil olmanızla əlaqədar İraq dövlətindən icazə almamısız. İndi bütün İraq xalqı bu girişdən narahatdır. Siz nə zaman İraq torpaqlarından geri çəkiləcəksiz?"
"Sendika.org"-un xəbərinə görə, sualı tam olaraq anlamadığını deyərək, yan tərəfə "Başikanı soruşur?" deyən Binali Yıldırım daha sonra həmkarı İbadi tərəfə çevrilərək, "Mən deyim?", - deyir və suala cavab verir:
"Bunu az əvvəl ifadə etdim. Bu mövzunu hörmətli baş nazir ilə ətraflıca danışdıq. Başikanın necə başladığını, hansı xidmətlər verdiyini izah etdik. İŞİD-lə mübarizədə oradakı ünsürlərimiz də əhəmiyyətli vəzifə ifa etdilər. Ninova bölgəsindəki polislərə İŞİD-lə mübarizə aparmaları üçün təlim keçdilər. Hətta oradakı varlığımız, özlüyündə İŞİD-ə qarşı mübarizə demək idi. İraqın suverenliyi və bütövlüyü mövzusunda həssaslığımızı ifadə etdik, edirik. Bunda heç bir tərəddüd yoxdur. Burada işlər yoluna girdiyində lazım olan nəysə o da ediləcək. Bu qədər açıq və dəqiq cavab verə bilərəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun