Həkim: "Təhlükəli qrip böyrək çatışmazlığına gətirə bilər"

Həkim: "Təhlükəli qrip böyrək çatışmazlığına gətirə bilər"
2 Yanvar 2017
Mətni dəyiş
Azərbaycanda son günlər əhali arasında kəskin qrip sürətlə yayılmağa başlayıb. Bu xəstəliyin surətlə yayılması artıq bir çox adamı narahat etməyə başlayıb. Eskpertlərin açıqlamaları, müşahidələr göstərir ki, bu virus adi qriplərdən ağırlıq dərəcəsinə görə xeyli fərqlənir.
H3N2 adlanan bu qrip əsasən qızdırma, boğaz, kürək ağrıları, halsızlıq, susuzluğun yaranması və kəskin öskürəklə müşayiət olunur.
Cərran-uroloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl sosial şəbəkədə bu yeni qriplə bağlı yazıb və onun xeyli təhlükəli olduğunu bildirib.
O bildirir ki, bu virusun, H3N2-nin rabdomiyoliz yaratdığı bilinir. Rabdomiyoliz böyrək çatışmazlığına gətirə biləcək çox riskli bir haldır:
"Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin bu ilin 51-ci həftəsinə olan məlumatına görə, Azərbaycanda qrip epidemiyasının səviyyəsi aşağı olaraq qiymətləndirilib. Bu həftə ərzində Azərbaycanda burnun selikli qişasından alınmış təhlillərə əsasən xəstəliyi virusun törətməsi bəlli olur. Doğrudur, 54-cü həftədəyik artıq. Amma yenə də bunlara inanmadım. Bir fakta isə inanmamaq olmaz: indiki virus ştamı H3N2-dir”. (Ardı aşağıda)
Həkim deyir ki, qrip virusu, elmi adı ilə İnfluenza virusu ancaq tənəffüs sisteminin selikli qişasını tutur. Başqa orqanlara keçməsi ehtimalı çox azdır. Ancaq H3N2 həm də qandakı leykositləri də tuta bilir:
“Özüm bir həftədir xəstələnmişəm. Həyatım boyu qripdən ötrü bir gündən artıq yatmamışdım. Ancaq 3 gündür yataqdan çıxa bilmirəm. Təsəvvür edin, tərləyə bilmirəm. Ağızda pas dadı var. Bütün bədən ağrıyır. Taqətim yoxdur. Gündə 5 litr mayeyə baxmayaraq, sidik rəngi hələ də tünddür. Normal qripdə bu qədər olmaz. Ağızda pas dadı, taqətsizlik və sidiyin tündləşməsi birlikdə Rabdomiyoliz dediyimiz hadisədə baş verə bilər".
V.İsmayıl bildirir ki, Rabdomiyoliz əzələ liflərinin əriməsidir. Nəticədə ölmüş əzələ zülalları (qırmızı rəngdə olurlar) sidiyə qarışaraq atılır. Eyni hadisə ciddi idman zədəsi alınanda, bağırsaq infeksiyalarında, hepatitlərdə görülür. Əzələ zülalının qalığı ağır molekuldur. Böyrəyin incə yollarında çökə bilər. Bunu ancaq su ilə yumaq mümkündür. Ona görə çoxlu maye içmək lazımdır. Çatdıra bilməyənlər isə mütləq sistem qoşdursunlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun