10 Yanvar 2017
Mətni dəyiş
Böyük Britaniyanın Polis Asosiasiyasının üzvü Gavin Thomas gənc xakerləri həbsxanaya göndərmək yerinə onların internetə çıxışlarının qarşısının alınmasını təklif edib.
Bu barədə DailyMail məlumat verir.
Thomas-in fikrincə, kibercinayət törətmişlərin internetə çıxışının qarşısının alınması, həbsxanada daha effektiv cəza üsuludur. "Biz XXI əsrin cinayətləri ilə mübarizə aparmaq üçün XIX əsrin cəza üsullarından istifadə etməməliyik. Bir məhkumun saxlanılması üçün ildə təqribən 38 min funt xərclənir. Statistika göstərir ki, qısa müddətli həbslərdən sonra onların yenidən cinayət törətmə ehtimalı çox böyükdür", - deyə o qeyd edib.
Thomas cinayətkarların elektron bilərziyin analoqu şəklində olan alətlərlə təchiz etməyi təklif edib. Alət wi-fi signalını tamamən qarşını almalıdır.
Statistikaya görə, Böyük Britaniyada hər beş cinayətdən ikisi internetlə əlaqəlidir.