10 Yanvar 2017
Mətni dəyiş
Ermənistanın baş naziri Karen Karapetyan yanvarın 9-da İran və Türkmənistanın bu ölkədəki səfirləri Seyyid Kazım Secadi və Mukhammedniyaz Mashalovu qəbul edib.
Karapetyan bildirib ki, 3 ölkə arasındakı siyasi münasibətlərin səviyyəsi, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və üçtərəfli formatda energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan yaradır.
Görüşdə əsasən, energetika sahəsində üçtərəfli formatda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Həmçinin enerji resursları və birgə layihələrə toxunulub.
"Azadlıq Radiosu" xəbər verir ki, görüşün sonunda birgə işçi qrup yaradılması və konkret proqramların müzakirəsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Rusiya ilə Gürcüstan hələ də 2017-ci ildə Rusiyadan Ermənistana veriləcək qazın tranzit haqqı ilə bağlı razılığa gələ bilməyiblər.
Mövcud razılaşmanın müddəti dekabrın 31-də sona yetib.
İndiyədək tərəflər arasında aparılan danışıqlar heç bir nəticə verməyib, növbəti görüşünsə vaxtə hələ ki, müəyyən edilməyib.
Gürcüstan tərəfinin məlumatına görə, Rusiya tərəfi tranzit haqqını pulla ödəmək istəyir.
Tbilisi isə isə əvvəlki kimi bunun müqabilində 10% qaz istəyir.