Donald Trump: İŞİD tamamilə məhv edilməlidir

Donald Trump: İŞİD tamamilə məhv edilməlidir
22 Yanvar 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Lenqlidəki mənzil qərargahına baş çəkib.
APA-nın xəbərinə görə, Trump çıxışı zamanı İŞİD terror qruplaşmasının məhv edilməsinin vacibliyini qeyd edib.
“İŞİD tamamilə məhv edilməlidir, başqa seçimimiz yoxdur... Radikal islam terrorçuluğu yer üzündən silinməlidir”, - deyə Trump  MKİ əməkdaşları qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ terrorla mübarizədə real imkanlardan istifadə etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun