Donald Trump prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirir

Donald Trump prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirir
12 Yanvar 2017
Mətni dəyiş
Prezident seçilmiş Donald Trump iddia edildiyinə görə Rusiya tərəfindən toplanmış kompromat materiallarin təfərrüatlarını açıqlayan hesabatı “xəstə adamların” quraşdırdığı “saxta xəbərlər” və “qondarma məlumatlar” adlandırıb.
Trump bu bəyanatını yanvarın 11-də özünün Manhattandakı ofisində keçirdiyi mətbuat konfransında səsləndirib.
Azadlıq Radiosunun məlumatına görə, bundan əvvəl Rusiyanın ABŞ-ın prezident seçkisinin təsirləndirilməsində oynadığı rola diqqət çəkən bir neçə hadisələr baş vermişdi.
Bu hadisələr özünün kulminasiya nöqtəsinə yanvarın 10-da çatıb. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, ötən həftə prezident Barack Obamaya təqdim olunmuş məxfi kəşfiyyat dosyesində potensial baxımdan Trump-a qarşı kompromat ola biləcək şəxsi və maliyyə məlumatları var.
Moskva ilə daha yaxşı münasibətlərə çalışacağını vəd etmiş Trump bu ehtimalları yanvarın 11-də yazdığı tvitlərdə rədd edib və ABŞ-ın kəşfiyyat agentliklərini bu sızmaya “yol verdiklərinə” görə tənqid edib və bunu “mənə tərəf atılan son atəş” adlandırıb.
VOA-nın verdiyi məlumata görə, ABŞ prezidenti seçilmiş Donald Trump noyabrın 8-də prezident seçildikdən sonra Nyu Yorkda ilk mətbuat konfransını keçirir. Jurnalistlər Trump-a Amerika kəşfiyyatının Rusiyanın ona kömək məqsədilə noyabrda ABŞ seçkilərinə müdaxiləyə dair çıxardığı nətəcələrlə bağlı suallar verir.
Mətbuat konfransı zamanı prezident seçilmiş Donald Trump-ın dünya ölkələrində biznes əlaqələrinə görə maraqların mümkün toqquşması ilə əlaqədar suallarla qarşılacağı gözlənilir.
Donald Trump sonuncu dəfə jurnalistlərlə iyulun 27-də keçirdiyi mətbuat konfransında demokrat namizəd Hillary Clinton-u aylarla mətbuatın suallarına cavab vermədiyinə görə kəskin tənqid etmişdi.
ABŞ-ın müasir prezidentlərinin çoxu Ağ Ev uğrunda mübarizədə qələbə əldə etdikdən az müddət sonra mətbuat konfransı keçiriblər. Noyabrın 8-i seçkilərdən sonra "Twitter" səhifəsində 1600-dan çox mesaj yazması və qısa açıqlamalar verməsinə baxmayaraq, mətbuatın suallarını cavablandırmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun