12 Yanvar 2017
Mətni dəyiş
Yeni İlin ilk 10 gününün ən pis göstəricisi olan valyuta türk lirəsi olub. Bu haqda Bloomberg məlumat verir.
Məlumata əsasən, lirənin dollara qarşı keçən il itirdiyi 17 faizin üzərinə daha 8,6 faiz gəlib. Bununla da türk lirəsi 6 ticarət sessiyasında ardarda antirekordlar vurdu. Buna səbəb kimi agentlik ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Mərkəzi Bankının qarşısında iqtisadi inkişaf ilə bağlı tələblər qoymasıdır. Onların hesabatına görə, bu tələb lirəni daha da dəyərdən salacaq. Həmçinin, ölkədə illik hesablama ilə 8,53 faizə çatan inflyasiya daha da sürətlənir.
Xatırladaq ki, dekabrda Ərdoğan lirənin ucuzlaşmasını belə şərh etmişdi: “Türkiyənin düşmənləri Ankaraya valyuta məzənnələri ilə manipulyasiya edərək iqtisadi təzyiq göstərir. Buna imkan verməmək üçün vətəndaşlar dolları türk lirəsinə dəyişməlidirlər”.