Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2016-cı il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artaraq 7 milyard 605.8 milyon manat olub.
AzadlıqRadiosunun məlumatına görə, əmanətlərin 81.2 faizi xarici, 18.8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76.2 faizini əhali özəl banklarda yerləşdirib.
Əhalinin əmanətləri
2016-cı il dekabrın 1-nə, milyon manat | Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə | |
Əhalinin əmanətləri - cəmi | 7605.8 | 107.3 |
o cümlədən: milli valyutada | 1430.5 | 85.7 |
Xarici valyutada | 6175.3 | 113.9 |