30 Yanvar 2017
Mətni dəyiş
“Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətləri təklif edir.
Fins.az-ın verdiyi məlumata görə, uçuşlar ölkənin istənilən istiqamətinə həyata keçirilir.
Qeyd eədk ki, SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland AW-139 kimi vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.
Qaydalara görə, sifariş ərizəsi ən azı uçuşdan 3 iş gün əvvəl verilməlidir. Şəhər üzərində ucuş yalnız Azərbaycanın xususi dövlət orqanlarından icazə alınmalıdır – icazə alınması ən azı 7-10 gündür.
Bütün uçan sərnişinlər sığortalanır. Həmçinin, uçuşlar yalnız ölkə daxilində həyata keçirilir.