11 Yanvar 2017
Mətni dəyiş
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ləğv olunduğunu elan edib.
Vergilər Nazirliyinə istinadən verilən xəbərə görə, kreditorlar 2 ay ərzində tələblərini müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” biznes mərkəzində yerləşən ofisinə bildirə bilərlər.
Xatırladaq ki, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır.