10 Yanvar 2017
Mətni dəyiş
Almaniyada ixracat ötən ilin noyabr ayında gözləniləndən daha çox, orta aylıq 3.9 % artıb.
İxracatdakı böyümənin sənaye istehsalının tamamında canlanma ilə birlikdə dördüncü rüb böyümə rəqəmini yuxarı çəkməsi gözlənilir.
"Euronews" xəbər verir ki, Almaniya Federal Statistika Ofisinin (Destatis) təqvim təsirlərindən təmizlənmiş məlumatlarına görə, ötən noyabrda ümumi ixracat məbləği 104.5 milyard avro, ümumi idxal məbləği isə 82,8 milyard avro olub.
Almaniyanın bu ay xarici ticarət sərmayəsi isə 21.7 milyard avroolaraq qeyd edilib.