Almaniya baş nazirinin müavini: "AB-nin dağılması ehtimallar arasındadır"

Almaniya baş nazirinin müavini: "AB-nin dağılması ehtimallar arasındadır"
9 Yanvar 2017
Mətni dəyiş
Almaniyada Baş nazir Angela Merkelin Xristian Demokrat Birliyi (CDU) partiyasının iqtidar ortağı olan Almaniya Sosial Demokrat Partiyasının (SPD) lideri Sigmar Gabriel Avropa Birliyinin gələcəyi ilə əlaqədar təəccüblü açıqlamalar verib.
"Der Spiegel" jurnalına müsahibə verən Gabriel, Fransa və İtaliya kimi ölkələrin maliyyə kəsirlərini azaltmağa istiqamətli səylərinin Avropanı siyasi risklərlə qarşı-qarşıya qoyduğunu açıqlayıb.
Daha əvvəl də İqtisadiyyat Naziri vəzifəsində çalışan Gabriel, "Keçmişdə baş nazir Merkelə hansının Almaniya üçün daha zərərli olacağını soruşmuşdum: Fransanın yarım xal daha çox büdcə kəsiri verməsi, yoxsa həddindən artıq sağçı Marine Le Pen-in prezident olması? Bu günə qədər bir cavab ala bilmədim", - deyə qeyd edib.
Baş nazirin müavini Sigmar Gabriel mühafizəkarların sərmayədən çox maliyyə nizam-intizama əhəmiyyət verməsinin Avropa ölkələrində həddindən artıq sağçı liderlərin rəhbərliyə gəlməsində təsirli olduğunu açıqlayarkən, artıq AB-nin parçalanmaz bir bütün olaraq dəyərləndirə bilməyəcəyini ifadə edib.
NTV-nin xəbərinə görə, sentyabr ayında baş tutacaq federal seçkilərdə, SPD-nin Merkelə qarşı namizədi olması gözlənilən Gabriel, alman pulunu başqa ölkələrə transfer edərək siyasət etmənin özünə səs gətirib gətirməyəcəyi mövzusuna isə, "Bu müzakirənin yaxşı səslənmədiyinin fərqindəyəm" şərhini verib.
Almaniyanın iqtisadi və siyasi olaraq AB-dən çox böyük bir şəkildə faydalandığını açıqlayan lidersonda vurğulayıb ki, əgər birlik dağılsa, gələcək nəsillər bu səhvi bağışlamayacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun