"ABŞ Xüsusi Təyinatlıları 2016-cı ildə dünyanın 138 ölkəsində fəaliyyət göstərib"

"ABŞ Xüsusi Təyinatlıları 2016-cı ildə dünyanın 138 ölkəsində fəaliyyət göstərib"
9 Yanvar 2017
Mətni dəyiş
"The Nation" nəşrində ABŞ Xüsusi Təyinatlılarının 2016-ci ildə dünyanın 138 ölkəsində fəaliyyətdə olduğu barədə yazı dərc edilib.
"The Nation"-ın xəbərinə görə, ABŞ prezidenti Barack Obama rəhbərliyinin "ordunu döyüşdürməmək və yükü paylaşdırma" strategiyası çərçivəsində fəaliyyət göstərən ABŞ Xüsusi Təyinatlıları, Çin, Liviya, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Monqolustan, Qazaxıstan, Tacikistan, Əfqanıstan, Nepal, Hindistan, Laos, Filippin, Cənubi Koreya və Yaponiyanın da aralarında olduğu çox sayda ölkəyə birlik göndərib. Söz mövzusu 138 ölkə dünya ərazisinin 70 faizini təşkil edir.
2016-ci ildə Xüsusi Təyinatlıların fəaliyyətdə olduğu ölkələrin sayı, Obamanın 8 illik rəhbərliyi müddətində ən yüksək həddə çatarkən, 2017-ci ildə Trump dövründə bu məsələnin necə və hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.
Xüsusi Təyinatlı Qüvvələrin məlumatlarına görə, 2016-cı ildə xarici ölkələrə göndərilən birliklərin 55.29 faizi Yaxın Şərqdə yerləşdirilib. 2006-cı ildə Yaxın Şərqə göndərilən xüsusi birliklərin sayı 35 faizdən daha çox idi. Eyni müddət ərzində Afrikaya göndərilən birliklərin sayı isə 1 faizdən 17.26 faizə yüksəlib.
Qeyd edək ki, Xüsusi Təyinatlıların göndərildiyi 138 ölkədən 9-nun adı gizli tutulur. ABŞ-lı səlahiyyətli Ken McGraw xüsusi təyinatlılarının yerləşmə mövqelərinin təxminən hamısının gizli olduğunu, hər hansı bir ölkədə yerləşmə gizliliyi aradan qalxmadığı təqdirdə, bununla əlaqədar məlumat paylaşılmayacağını qeyd edib.
Rusiya, İran, Şimali Koreya kimi ölkələrin adı gizli tutulan ölkələr arasında olduğu təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun