25 Yanvar 2017
Mətni dəyiş
ABŞ Meksika ilə sərhəddə divar hörməyə başlayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, 7 ölkənin - İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulacaq.
Bu qadağa 4 ay sürəcək.
Meksika prezidenti Enrike Nyeto divarın hörülməsinə pul ödəməyəcəklərini bildirib.