3 Yanvar 2017
Mətni dəyiş
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Adam Schiff məlumat verib.
Report-un məlumatına görə, konqres üzvü bildirib ki, Respublikaçılar və Demokrat partiyalarından olan konqresmenlər Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış ediblər.
"Biz hesab edirik ki, daha çoxunu etmək lazımdır. Düzünü desəm, düşünmürəm ki, həyata keçirilmiş tədbirlər kifayət qədər effekt verə bilsin", - deyə Adam Schiff bildirib.
Schiff vurğulayıb ki, senatorlar John Mccain və Lindsey Graham sanksiyaların daha güclü paketinin hazırlanması üçün birləşəcəklər.
O, həmçinin əmin olduğunu bildirib ki, əgər ABŞ-ın yeni prezidenti Donald Trump sələfi Barack Obama tərəfindən qəbul edilmiş sanksiyaları ləğv etməyə çalışsa, Konqresdən daha qətiyyətli tədbirlər gözləmək olar.