1 Yanvar 2017
Mətni dəyiş
London Fond birjası 2016-cı ilin son günündə son sessiyanı yeni rekordla tamamlayıb.
LSE (London Stock Exchange) verilənlərinə görə, birjanın əsas indeksi FTSE 100, 0,32% artaraq öz tarixində maksimumu nəticəni göstərib - 7142,83 punkt. Əvvəlki maksimum nəticə 2016-cı ilin oktyabrında 7129,83 punkt olub.
Ümumiyyətlə, 2016-cı ilin əvvəldindən London birjası 14% artım göstərib.
Analitiklərin fikrincə, Britaniyanın AB-dən çıxması ilə bağlı iyul referendumundan sonra funt sterlinqin kursunun düşməsi ixrac yönümlü şirkətlərin səhmlərinin qiymətinin artmasına səbəb olub. Ən yüksək artım isə mədən sektorunda olub - indeks 101,5% artıb.