30 Yanvar 2017
Mətni dəyiş
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bu gün işinin başına qayıdıb.
Abzas.net xəbər verir ki, fəaliyyətinə qayıdan hakim ilk iş günüdə artıq 3 nəfər ittiham olunan şəxs barədə uzun müddətli azadlıqdan məhrum etmə qərarları çıxarıb.
Belə ki, Bakıda sürücüyə qarşı quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakimlər kollegiyasının hökmünə görə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma
Ötən il iyunun 14-də saat 03 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çınqıl alacağı adı ilə Yaşma bağlar sahəsinə gedib. Orada digər maskalı 3 şəxslə birgə sürücünü döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb hadisə yerini tərk ediblər.
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar.