Yağışda damdan yıxılmış fəhlələrdən xəbər var

Yağışda damdan yıxılmış fəhlələrdən xəbər var
30 Sentyabr 2016
Mətni dəyiş
Dünən Sumqayıtda 2-ci kvartal adlanan ərazidə yağışda işləyən fəhlələr 5-ci mərtəbədən yıxılıblar.
Videonu göndərən izləyicinin verdiyi məlumata görə, fəhlələrdən biri xəstəxanada keçinib, digəri isə reanimasiya şöbəsində yatır.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında baş həkimin müavini Elçin Quliyev hadisə ilə bağlı açıqlama verib: "Əliyev Murad Aydın oğlu 28 sentyabr saat 18.35 radələrində xəstəxanaya gətirilib. Lazım olan yardım göstərilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".
Qeyd edək ki, ikinci fəhlədən xəbər yoxdur. Xəstəxanadan bildirilib ki, həmin şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb və o, polis idarəsinə göndərilib.
Məlumatı polis bölməsi ilə dəqiqləşdirmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun