24 Sentyabr 2016
Mətni dəyiş
Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 491-ə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib və hazırda 328 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Qeyd edək ki, ümumilikdə bu səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 814-dən 819-a çatıb.