"Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır"

"Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır"
22 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda teleradio yayımçıları rəqəmli yayıma keçidə tam hazırdır.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasında yerüstü yayımlanan TV proqramlarının analoq yayımı bu ilin sonunadək dayandırılacaq və bununla da rəqəmli yayıma keçid tam başa çatdırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun