10 Sentyabr 2016
Mətni dəyiş
Referendumla əlaqədar seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanılmasına sentyabr ayının 14-dən başlanılacaq.
Bu barədə məlumatı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pəhanov verib.
Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə artıq 46569 müşahidəçi qeydə alınıb.
M.Pənahov qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam edir və bu, referenduma 5 gün qalana qədər davam etdiriləcək.
M.Pənahov deyib ki, referendumu izləmək üçün MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Onların 777-i QHT-lərdir.
Bildirilib ki, seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir.